Modern.az

Putin Kozakı niyə işdən çıxarıb?

Putin Kozakı niyə işdən çıxarıb?

Parlament

18 Sentyabr 2025, 12:12

Rusiya Prezidenti Vladimir Putin yaxın çevrəsindən olan yüksək vəzifəli məmuru vəzifədən kənarlaşdırıb. Belə ki, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak istefa verib.

Modern.az-ın məlumatına görə, Rusiya mediası onun “öz ərizəsi ilə” getdiyini yazsa da, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bu addımı Kozakın Ukraynada müharibəyə qarşı mövqeyi ilə əlaqələndirir.

İnstitutun analitik materialında bildirilir ki, Kreml rəhbərliyi Putinin razılığı ilə bir neçə ildir Ukraynada müharibəyə qarşı çıxan Kozakı postundan uzaqlaşdırıb:

“Putinin sülh tərəfdarı olan ən yaxın silahdaşlarından birini kənarlaşdırması Kremlin tamamilə müharibə strategiyası ətrafında birləşdiyini göstərir.”

Kozak Rusiya Təhlükəsizlik Şurasının 2022-ci il fevral iclasında Ukraynaya tammiqyaslı müdaxiləyə qarşı çıxan yeganə məmur olub. Müharibənin ilk günlərində o, Kiyevlə danışıqlarda iştirak edir, NATO-ya üzvlükdən imtina qarşılığında sülh sazişini təklif edirdi. Lakin Putin bu planı rədd edərək Ukrayna ərazilərinin ilhaqına qərar vermişdi.

Son aylarda Kozak dəfələrlə Putinə atəşkəs və sülh danışıqları başlamağı tövsiyə etsə də, onun Kremlin daxilindəki təsiri kəskin zəifləyib. 2022-ci ildən Ukrayna istiqaməti və indi də Moldova üzrə məsuliyyət birinci vitse-aprel Sergey Kiriyenkoya verilib. Kozakın gedişi Kiriyenkonun mövqelərini daha da gücləndirir.

Rusiya mediası yazır ki, Dmitri Kozak indi biznes sektoruna keçmək üçün təklifləri nəzərdən keçirir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi