Modern.az

Deputatdan elektromobillərlə bağlı TƏKLİF

Deputatdan elektromobillərlə bağlı TƏKLİF

Parlament

18 Sentyabr 2025, 12:48

"Qanunvericilikdə elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyası ilə bağlı dəyişiklik edilməsinə ehtiyac var".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Rövşən Muradov deyib.

O qeyd edib ki, Azərbaycan dövləti ekoloji nöqteyi-nəzərdən belə avtomobillərin alınmasını təşviq edir.

"Lakin bu istiqamətdə mühüm məsələ elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyasıdır. Belə batareyaların istimar müddəti 5-7 il arasındadır. Bununla bağlı suallar meydana gəlir. Lakin qanunvericilikdə bu cür batareyaların utilizasiya ilə bağlı heç bir müddəa yoxdur. İstərdim ki, bu sessiyada bu mövzunu da müzakirə edək. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsi zəruri olardı” - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi