Modern.az

Serbiya parlamentinin spikeri Bakıya gəldi

Serbiya parlamentinin spikeri Bakıya gəldi

Parlament

23 Sentyabr 2025, 20:40

Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç sentyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya Milli Assambleyasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç və digər rəsmi şəxslər qarşılayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək