Modern.az

Sahibə Qafarova həmkarı ilə nələri müzakirə edib?

Sahibə Qafarova həmkarı ilə nələri müzakirə edib?

Parlament

24 Sentyabr 2025, 12:58

Bu səfər ilk növbədə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun göstəricidir.

Modern.az-ın məlumatına görə, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə birgə mətbuat konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

"Xanım Brnabçin rəhbərlik heyəti nümayəndə heyəti ilə Azərbaycan və Serbiya ölkələrinin əlaqələrini müzakirə etdik.  Siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımız gündən-günə inkişaf edir. 

Dövlət başçılarımızın qarşılıqlı səfərləri, müntəzəm görüşləri, dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli görüşləri dostluğumuzun göstəricisidir", - o qeyd edib.

Spiker vurğulayıb ki, Azərbaycan və Serbiya arasında münasibətlər təkcə ikitərəfli deyil, eyni zamanda regionda baxımından önəmli əhəmiyyət kəsb edir. 

"Görüş zamanı xanım Brnabiç ilə Parlamentlərimizin mövcud vəziyyətini nəzərdən keçirdik. Bu gün parlamentlərarası münasibətlərimizin çox yüksək səviyyədə olduğuna əmin olduq. 

Ötən dövr ərzində parlament nümayəndələrinin qarşılıqlı səfərləri münasibətlərə öz töhfəsini verib.

Görüş çərçivəsində gələcəkdə əlaqələrimizin daha da genişlənməsi yolunda müzakirələr etdik. 

Biz bütün imkanlardan faydalanaraq əməkdaşlığımızın daha da genişlənəcəyinə inanırıq", - Sahibə Qafarova bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində