Modern.az

Serbiya spikeri səfərinin məqsədini açıqladı

Serbiya spikeri səfərinin məqsədini açıqladı

Parlament

24 Sentyabr 2025, 13:06

Səfərimin məqsədi siyasi, iqtisadi və parlamentlər arasında əməkdaşlığın genişləndirilməsidir.

Modern.az xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycanda keçirdiyim bir sıra görüşlərə görə Milli Məclisin sədri Sahibə Qafarovaya öz təşəkkürümü bildirirəm.

Heç təsadüfi deyil ki, biz ildə azı bir dəfə görüşlər keçiririk. Sonuncu dəfə biz Cenevrədə görüşmüşdük.

COP29 sammiti zamanı Prezident Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdi.

İqtisadi əməkdaşlıq sahəsində münasibətlərimiz son 5 ildə intensivləşib, ticarət dövriyyəsi 24 dəfə artıb, 20 milyon dollardan 560 milyon dollara çatıb. Lakin bu bizim real potensialımızdan çox-çox aşağıdır.

Hökumətlərimiz bu göstəricilərin inkişafında çox maraqlıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində