Tarix, Azərbaycan dili və ədəbiyyat fənnləri üzrə ictimai dinləmələr keçiriləcək.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında komitə sədri Anar İskəndərov bildirib.
O qeyd edib ki, Elm və təhsil naziri Emin Əmrullayev ingilis dili fənninin kitabları ilə bağlı da ictimai dinləmələr keçirməyi tövsiyə edib.
"Kimin yaxınları məktəbə gedirsə, onların dərslikləri ilə tanış olun və ictimai dinləmədə gücünüzü göstərin. Cənab nazir ictimai dinləmədə iştirak edəcəyini də dönə-dönə bildirib”- deyə Komitə sədri bildirib.