Sarsılmaz əlaqələrlə bir olduğumuz Azərbaycanla əlaqələrimizi "bir millət, iki dövlət" prinsipi ilə davam etdirəcəyik.
Modern.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X"dəki hesabında yazıb.
TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AK Partiyanın İstanbuldan olan millət vəkili Şamil Ayrımla, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov və dostluq qrupunun üzvü Eldar Quliyevlə görüşdük.
Dost və qardaş ölkəmiz olan Azərbaycanla bütün sahələrdə, xüsusən məhkəmə sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün məhsuldar görüş keçirdik.
Sarsılmaz əlaqələrlə bir olduğumuz Azərbaycanla münasibətlərimizi "bir millət, iki dövlət" prinsipi ilə davam etdirəcəyik.
Onlara ziyarətlərinə görə təşəkkür edirəm", - nazir qeyd edib.