Modern.az

III MDB oyunları xalqlar arasında dostluğa çevrildi

III MDB oyunları xalqlar arasında dostluğa çevrildi

Parlament

29 Sentyabr 2025, 09:24

Sentyabrın 28-də Gəncə şəhərində III MDB oyunlarının açılış mərasimi baş tutub. Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçirilir. 

Modern.az xəbər verir ki, parlament nümayəndələri də MDB oyunlarının açılışında iştirak ediblər. 

Deputat Mahir Süleymanlı saytımıza açıqlamasında Gəncə şəhərində keçirilən III MDB Oyunlarının təntənəli açılış mərasimində iştirak etdiyini bildirib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutan bu mötəbər tədbir ölkələr və xalqlar arasında dostluğun, qarşılıqlı əməkdaşlığın və idman həmrəyliyinin nümunəvi təzahürünə çevrildi"- deyə o qeyd edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! ABŞ zirehli texnikaları Rusiya sərhədinə GƏTİRİLDİ