Modern.az

Şəhidlər xiyabanı haqqında xüsusi qanun qəbul edilsin! - Zahid Oruc

Şəhidlər xiyabanı haqqında xüsusi qanun qəbul edilsin! - Zahid Oruc

Parlament

30 Sentyabr 2025, 12:12

Xalqımız Şəhidlər xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu sayır.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında komitə sədri Zahid Oruc bildirib. 

O qeyd edib ki, Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır.

"Tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi Şəhidlər xiyabanları haqqında xüsusi qanunun qəbulunu zəruri edir. Xiyabanların hüquqi statusunun müəyyənləşməsi, Milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, "milli yaddaş məkanı" statusu daşıyan yerlər haqda yeni hüquqi akt Vətən müharibəsində Qələbəmizin də əbədiləşdirilməsinə töhfə olar.

Qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər",

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...