İcbari tibbi sığortanın sənədləşmə işi sadələşməlidir. Elə mexanizm seçilməlidir ki, vətəndaş xəstəxana ilə aidiyyatı qurum arasında qalmasın.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında komitə sədri Siyavuş Novruzov deyib
O qeyd edib ki, xəstəxana xərcləri İcbari Tibbi Sığortaya əlavə edilməyib:
"Xəstə əməliyyat olunan kimi onu evə göndərmək mümkün deyil. Heç olmasa bir neçə günlük xəstəxana xərcləri də tibbi sığorta ilə ödənilsin. Çünki bəzən bu xərclər əməliyyat xərclərini ötüb keçir”.
Deputat vurğulayıb ki, bir qrup ağır xəstələr dövlət tərəfindən pulsuz dərmanla təmin olunur.
"Biz Bakıda bir küçədə 20 aptek görürük. Amma rayonlarda bu cür apteklər sadəcə bir ədəddir və insanlar səhər tezdən dövlət tərəfindən onlara ayrılan dərmanları almaq üçün orada növbədə durur. Rayonlarda da bu cür apteklərin sayı çox olmalıdır” – deyə Siyavuş Novruzov sonda bildirib.