Modern.az

Polşa deputatları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Polşa deputatları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Parlament

30 Sentyabr 2025, 17:08

Polşalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikasında səfərdə olan Polşa parlamentinin  Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitekin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.


1465990

1465991

1465992

1465993

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə