Türkiyənin İstanbul şəhərində BMT-nin Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə “Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının nümayəndə heyəti də iştirak edəcək.
Modern.az-ın məlumatına görə, tədirdə Azərbaycanı Milli Məclisin deputatı Ceyhun Məmmədov təmsil edəcək.
Belə ki, o, oktyabrın 6-9-da konfransın iştirakçıları arasında olacaq.
C.Məmmədov konfransda çıxış edərək Azərbaycanın terror və ekstremizlə mübarizə sahəsində təcrübəsini bölüşəcək.
"Məlum olduğu kimi, son illər ölkəmizdə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib, terrora və ekstremizmə qarşı həm ölkəmizdə, həm də dünyada aparılan mübarizədə dövlətimiz fəal iştirak edib", - millət vəkili bildirib.
Səfər çərçivəsində C.Məmmədovun müxtəlif ölkələri təmsil edən parlament nümayəndələri ilə fikir mübadiləsi və müzakirələr aparacağı da gözlənilir.