Modern.az

Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir

Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir

Parlament

8 Oktyabr 2025, 13:24

Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova xorvatiyalı həmkarı Qordan Yandrokoviçlə birlikdə keçirdiyi brifinqdə deyib.

S.Qafarova diqqətə çatdırıb ki, son 11 ildə Azərbaycan və Xorvatiya parlament sədrləri arasında ilk səfər və görüş həyata keçirilir:

"İki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə nəzər yetirdikdə, qarşılıqlı ticarət göstəricilərinin yüksək səviyyədə olduğunu müşahidə edilir. Enerji sahəsi iqtisadi əlaqələrimizdə mühüm yerə malikdir. Bildiyiniz kimi, bu gün Azərbaycan 10 Avropa, o cümlədən 8 Avropa İttifaqı ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu ölkələrdən biridir. Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün müntəzəm müzakirələr aparılır. Bu mənada, "İqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya"nın fəaliyyəti xüsusi aktuallıq kəsb edir".

İki ölkə parlamentləri arasındakı əlaqələrin daha da genişləndirmək üçün yaxşı imkanların mövcud olduğunu deyən sədr əlavə edib ki, Yandrokoviçin səfəri bu imkanlardan istifadə etmək niyyətini təsdiq edir:

"Bu gün dostluq qruplarımızı daha fəal əməkdaşlığa dəvət etdik. Parlament üzvlərimzin qarşılıqlı səfərlərinin sayının artırılması arzuolunandır. Digər tərəfdən, beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimizin daha da sıx təması, qarşılıqlı maraq doğuran məsələlərdə qarşılıqlı dəstəyi də əhəmiyyətlidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı