Azərbaycan Respublikasında Konstitusiyanın 30 illiyi ilə bağlı yeni medal təsis edilib.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar qanunda qeyd olunur.
Qanuna əsasən, "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Konstitusiyanın aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfə vermiş şəxslərə təqdim ediləcək.
Bundan əlavə, Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər də bu yubiley medalı ilə təltif edilə bilərlər.
Qanuna görə, yubiley medalı ilə təltif etmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.