Modern.az

Konstitusiyasının 30 illiyi ilə bağlı MEDAL HAZIRLANACAQ

Konstitusiyasının 30 illiyi ilə bağlı MEDAL HAZIRLANACAQ

Parlament

10 Oktyabr 2025, 12:01

Yeni medal təsis edilir.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qəbul edilib. 

Qanuna əsasən, "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Konstitusiyanın aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfə vermiş şəxslərə təqdim ediləcək.

Bundan əlavə, Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər də bu yubiley medalı ilə təltif edilə bilərlər.

Qanuna görə, yubiley medalı ilə təltif etmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi