Modern.az

Azərbaycan, Şimali Kipr, Türkiyə deputatları Lefkoşada...

Azərbaycan, Şimali Kipr, Türkiyə deputatları Lefkoşada...

Parlament

10 Oktyabr 2025, 10:50

Oktyabrın 13-də və 14-də Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin növbəti birgə iclası keçiriləcək.

Modern.az-ın məlumatına görə, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri  Ağalar Vəliyev və  Əziz Ələkbərov  iştirak edəcəklər.

Qeyd edək ki, səfər çərçivəsində Milli Məclisin deputatlarının bir sıra görüşləri də nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Putin Paşinyanla mübahisə etdi