Modern.az

“Türk Müdafiə Alyansı” qurulsun! - Parlamentdə TƏKLİF

“Türk Müdafiə Alyansı” qurulsun! - Parlamentdə TƏKLİF

Parlament

10 Oktyabr 2025, 11:33

Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün bir sıra strateji istiqamətlər xüsusi əhəmiyyət kəsb edir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, ortaq müdafiə və təhlükəsizlik sisteminin yaradılması vacibdir:

“Bu məqsədlə gələcəkdə “Türk Müdafiə Alyansı”nın formalaşdırılması və vahid hərbi planlaşdırma sisteminin qurulması böyük əhəmiyyət daşıyır. Müasir dövrdə artan kibertəhlükələr fonunda “Türk Ortaq Kibermüdafiə Mərkəzi”nin yaradılması informasiya suverenliyimizin təmin olunmasına xidmət edəcək. Qlobal informasiya məkanında səsimizin daha aydın eşidilməsi üçün “Türk Dünyası Media Platforması”nın qurulması da vacibdir. Bu təşəbbüs vahid informasiya strategiyası ilə türk dövlətlərini media sahəsində birləşdirəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi