Modern.az

Azərbaycanda deputat İSTEFA VERİR

Azərbaycanda deputat İSTEFA VERİR

Parlament

10 Oktyabr 2025, 11:46

Milli Məclisin deputatı Ramil Həsən parlamemt üzvlüyündən istefa verir.

Modern.az-ın məlumatına görə, bu barədə o, parlamentin iclasında bildirib. 

Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.

O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib:

"Biz artıq 5 ildən biraz çoxdur ki, VI, VII çağırış Milli Məclisdə birlikdəyik. Mənim üçün böyük qürurdur ki,  bu şərəfli məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Cənab Prezidentin və Sahibə xanım, sizin böyük etimadınız sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunmuşam. Fürsətdən istifadə edərək 12 iyunda namizədliyimin verilməsi və dəstəklənməyim üçün göstərmiş olduğunuz hərtərəfli köməyə görə təşəkkür edirəm. VI çağırışa başladığımızda zəfər qazanmamış parlamentin deputatıydıq. Mən qürur hissi keçirirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun qəhrəman mücadiləsi sayəsində artıq qalib gəlmiş parlamentin millət vəkili kimi bizim sıralarımızı tərk edəcəm. Harada işləməyimizdən asılı olmadan ölkəmizə, millətimizə və ölkə rəhbərinə layiq olmalıyıq".

O bildirib ki, Prezindent İlham Əliyevin də dediyi kimi, bizim bir ailəmiz var, o da türk dünyasıdır:

"Mənim üçün böyük şərəf hissidir ki, türk dünyasının ayrılmaz hissəsi olan TÜRKPA-nın baş katibi kimi fəaliyyətimi davam etdirəcəm. Hörmətli Sahibə xanım, fürsətdən istifadə edib, sizin rəhbərliyiniz altında 5 il fəaliyyət göstərdiyim üçün məmnunluq duyduğumu və qürur hissi keçirdiyimi hər kəsin önündə paylaşmaq istəyirəm. 5 il ərzində Azərbaycan Milli Məclisi bilavasitə sizin rəhbərliyiiz və dəyərli millət vəkillərimizin aktiv iştirakı ilə yeni mərhələyə qədəm qoydu. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi reform və islahatlar siyasətinin parlament tərəfini uğurlu şəkildə davam etdirib, inkişaf etdirmək sizin rəhbərliyiniz altında VI və VII çağırış Milli Məclisin deputatlarının töhfəsidir. Hər birimizə uğurlar arzu etmək istəyirəm. TÜRKPA Azərbaycanın əsas qurucusu olduğu, bilavasitə ev sahibliyi etdiyi beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Buradan millət vəkili kimi getsəm də, sizin rəhbərliyiniz altında sizlərlə bizlərlə fəaliyyətimizi davam etdirəcəyik".

Milli Məclisin spikeri Sahibə Qafarova ona fəaliyyətində uğurlar arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Paşinyanla mübahisə etdi