16-20 noyabr tarixlərində ATƏT Parlament Assambleyasının (PA) Payız Sessiyası keçiriləcək. Toplantı Türkiyənin İstanbul şəhərində baş tutacaq.
İclasda üzv ölkələrin parlament nümayəndələri iştirak edəcək.
Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, nümayəndə heyətinin üzvləri, deputatlar Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan və digərlərinin də tədbirdə iştirak edəcəyi gözlənilir.
Azərbaycan parlamentinin deputatları də sessiyanın işində iştirak etmək üçün İstanbula səfər edəcək.
Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, ATƏT PA nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib.
O vurğulayıb ki, heyətin üzvləri hələlik məlum deyil.
Azay Quliyev bildirib ki, tədbirdə iştirak edəcək erməni nümayəndələri ilə görüş nəzərdə tutulmur.
Qeyd edək ki, Milli Məclisdə ATƏT PA-nın nümayəndə heyətinə Qaya Məmmədov rəhbərlik edir. Üzvləri Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Azay Quliyev və Gülşən Paşayevadır.