Deputat Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının üzvlüyündən xaric edilib.
Onun müstəqil siyasi analitik kimi fəaliyyəti ilə bağlı istəyini nəzərə alaraq belə bir qərar qəbul olunub.
Modern.az-ın məlumatına görə, ƏHD Partiyası parlamentdə 2 deputatla təmsil olunur. Onlar partiyanın sədri Qüdrət Həsənquliyev və Elçin Mirzəbəylidir.
Elçin Mirzəbəylinin partiyadan çıxarılması barədə parlamentə rəsmi məlumat verildikdən sonra ƏHD-in deputatlarının sayı 1-ə enəcək.