Modern.az

Spiker Baş Assambleyanın iştirakçıları ilə görüşdü

Spiker Baş Assambleyanın iştirakçıları ilə görüşdü

Parlament

15 Oktyabr 2025, 16:36

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçıları ilə görüşüb.

Modern.az xəbər verir ki, əvvəlcə Sahibə Qafarova, sonra isə Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə parlamentarizmin tarixi, prinsipi, vəzifə və tapşırıqları, səlahiyyətləri, parlamentin binası və digər məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Spiker Qafarova 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan olunması və Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi fonunda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Azərbaycanda keçirilməsini əlamətdar bir hadisə kimi səciyyələndirib.

İştirakçılar Azərbaycanda olmaqdan məmnun olduqlarını və xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirdiklərini bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı