Modern.az

Azərbaycanda baş verən inkişaf keçici deyil - BƏƏ spikeri

Azərbaycanda baş verən inkişaf keçici deyil - BƏƏ spikeri

Parlament

29 Oktyabr 2025, 10:42

Son 30 il ərzində Azərbaycan sübut etdi ki, inkişaf yalnız sərvətin deyil, həm də milli iradənin nəticəsidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Saqr Qobaş bildirib.

"Azərbaycan təcrübəsi göstərir ki, Konstitusiya yalnız hüquqi mətn deyil, dünyaya dövlət ruhunu göstərən pəncərədir. 

Azərbaycanda baş verən inkişaf keçici deyil, bu inkişaf dövlət və vətəndaş arasında əsl əməkdaşlığın mövcud olduğunu və həyatın bütün sahələrində prioritetlərin göstərildiyini sübut edən dəyərdir. BƏƏ və Azərbaycan arasındakı münasibətlər qarşılıqlı əməkdaşlıq və gələcək inkişafa yönəlib. 

Qanunverici qurumlarımız konstitusiyanın prinsiplərini yerinə yetirməkdə xüsusi rol oynayır. Konstitusiya inkişaf, sabitlik yolunda xüsusi rol oynayır. Qanunverici orqanlar və vətəndaşlar arasında etimadı yaradır. Azərbaycan Konstitusiyasının 30 illiyini təbrik edir, davamlı inkişaf və rifah arzu edirəm", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq