Modern.az

Zəfərin 5 ili: Azərbaycanın iqtisadi və mənəvi dirçəlişinin yeni mərhələsi

Zəfərin 5 ili: Azərbaycanın iqtisadi və mənəvi dirçəlişinin yeni mərhələsi

Parlament

31 Oktyabr 2025, 12:07

2020-ci il 08 noyarda əldə etdiyimiz Zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Bu tarix ən yeni və bütöv Azərbaycanın doğum tarixidir. 17 il Prezident kimi bu Zəfərə doğru inamla və qətiyyələ çalışan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz 44 gün ərinzdə düşməni və onun havadarlarını darmadağın etdi.

Qələbəni əldə etmək nə qədər mühümsə, onu qoruyub saxlamaq da o qədər mühümdür. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması bütün azərbaycanlılarda qürur və minnətdarlıq hissi doğurur. Düz 5 ildir ki, bütün türk dünyası Azərbaycanın qələbəsi ilə fəxr edir. Prezident İlham Əliyevin hər səfərində bu torpaqlarda erməni vandalizminin izləri sürətlə silinir.

Keçən 5 il ərzində Azərbaycan dövləti bu məqsədlə heyrətamiz işlər gördü: 

Ərazilərimizin bərpası üçün heç kimdən kömək almadan öz büdcəsindən 21.5 milyard manat vəsait xərclədi. Müqayisə üçün deyim ki, bu bizim Ümumi Daxili Məhsulumuzun təqribən 1/5-nə bərabərdir.

Bu dövrdə 20 mindən çox sakin öz yurdlarına qayıdıb. Ümumilikdə bu ərazilərdə hazırda 50 mindən çox insan yaşayır.

Beynəlxalq hava limanları, müasir yol infrastrukturu, enerji layihələri, Qarabağ universiteti – görülən işlərin miqyası çox genişdir

Ərazidə fəaliyyət göstərən bütün sahibkarlıq subyekləri vergilərdən azad edildi, kommunal xərclərdə dövlət dəstəyi həyata keçirilir

Türk Dövlətləri Təşkilatının mənəvi bağlantıları məhz bu ərazilərdə daha da möhkəmləndi.

Türk dünyasının siyasi və hərbi birliyinin bünövrəsi sayılan Şuşa bəyannaməsi imzalandı

Zəngəzur dəhlizindən keçən TRİPP layihəsi ilə bağlı razılaşma imzalandı. Və bununla da işğaldan azad edilmiş ərazilər sərhədyanı ərazi statusundan tranzit ərazi statusuna keçmək hüququ qazandılar.

Və nəhayət Vaşinqtonda Sülh Sazişinin imzalanması üçün bəyannamə imzalandı.

Bütün bu işlər Azərbaycan Prezidentinin ardıcıl, inamlı və uzaqgörən addımlarının nəticəsində mümkün oldu. Min cür fədakarlıqla görülən işlər əldə etdiyimiz Zəfəri möhkəmləndirdi, bu yeni reallığı bütün dünyaya qəbul etdirdi. Artıq Şərqi və Qərbi Zəngəzurdan keçən Orta Dəhliz layihəsi bütün dünyanın diqqət mərkəzindədir. Onu gətirəcəyi İqtisadi faydalar uğrunda beynəlxalq rəqabət gedir.    

Beləliklə, biz artıq Böyük Qayıdışın yeni mərhələsinə qədəm qoyuruq. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “Böyük Qayıdış”ın növbəti mərhələsi sadəcə yaşayış yerlərinin bərpası deyil — bu, azad edilmiş ərazilərin tam inteqrasiyası, dayanıqlı məskunlaşması, modern infrastruktura, iqtisadi fəaliyyətə qoşulması və regionun yeni ayrı-özəl iqtisadi məkana çevrilməsi deməkdir. Bu mərhələni də uğurla keçdikdə, həmin ərazilər yalnız keçmişdən qayıdan yerlər olmayacaq, həm də Azərbaycanın iqtisadi gələcəyinin aktiv hissəsinə çevriləcək.

2020-ci il Zəfəri Azərbaycanın iqtisadi xəritəsini yenidən formalaşdırdı.
Yeni resurslar, yeni infrastruktur, yeni tranzit imkanları və bölgədə dayanıqlı inkişaf perspektivləri açıldı.
Uzunmüddətli dövrdə bu, Azərbaycanın iqtisadi müstəqilliyini və regional liderliyini daha da möhkəmləndirəcəkdir.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?