Modern.az

Ramil Həsənin yerinə təkrar deputat seçkisi keçirilməlidir - HÜQUQŞÜNAS

Ramil Həsənin yerinə təkrar deputat seçkisi keçirilməlidir - HÜQUQŞÜNAS

Parlament

1 Noyabr 2025, 14:35

Ucarın deputatı Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilib. Bu səbəbdən deputat Milli Məclisdəki mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Oktyabrın 15-də onun deputat mandatına Mərkəzi Seçki Komissiyası tərəfindən xitam verilib.

Oktyabrın 15-dən sonra ucarlılar deputatsız qalıb. Qanunla bundan sonra ucarlıları Milli Məclisdə kimin təmsil etməli olduğu maraq doğruran məsələdir.

Modern.az-a açıqlamasında hüquqşünas, sabiq deputat Çingiz Qənizadə bildirib ki, qanunla 91 saylı Ucar seçki dairəsində yenidən seçki keçirilməlidir:


“Hələ parlamentin bitməsinə 4 il qaldığına görə həmin yerdə seçkilər keçirilməlidir. Seçkilərdə qalib gələn yeni namizəd ərazini təmsil etməlidir. Amma Azərbaycan təcrübəsində bəzən elə olur ki, seçkilər keçirilmir. Bəzən seçki dairəsinin nəticələri ləğv edildikdə belə 5 il müddətində həmin dairə deputatsız qalır”.

Ç.Qənizadənin fikrincə, ucarlılar yaxın ərazilərin deputatlarına müraciət edə bilərlər:

“Hesab edirəm ki, Ucar sakinləri dairədənkənar, yəni Ucara yaxın hesab edilən ərazinin deputatlarına müraciət edə bilərlər. Konkret 91 saylı Ucar seçki dairəsində təkrar seçki keçiriləcəyini isə mən deyə bilmərəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu