Modern.az

Gələn il neftin baza qiyməti 65 dollar nəzərdə tutulur

Gələn il neftin baza qiyməti 65 dollar nəzərdə tutulur

Parlament

4 Noyabr 2025, 11:11

2026–2029-cu illər üçün ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsi parametrləri müəyyənləşdirilib.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, baza ssenaridə neftin qiyməti 1 barel üçün 65 dollar, optimist ssenaridə 75 dollar, pessimist ssenaridə isə 55 dollar səviyyəsində götürülüb.

Bu qiymət fərqləri nəzərə alınmaqla, dövlət büdcəsinin neft-qaz gəlirlərində 2026-cı ildə baza ssenariyə nisbətən təxminən 200 milyon manatlıq dəyişiklik olacağı proqnozlaşdırılır.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində