Modern.az

66 rayon və şəhər büdcədən dotasiya ALMAYACAQ

66 rayon və şəhər büdcədən dotasiya ALMAYACAQ

Parlament

4 Noyabr 2025, 11:12

2026-cı ildə 66 rayon və şəhər dövlət büdcəsindən dotasiya almadan fəaliyyət göstərəcək.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, gələn ildən ölkənin əksər şəhər və rayonları öz maliyyə dayanıqlığını təmin edəcək.

Sənəddə qeyd olunur ki, Xocavənd rayonu istisna olmaqla, Azərbaycanın qalan 66 şəhər və rayonu 2026-cı ildə öz xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan, yalnız daxili gəlirləri hesabına qarşılayacaq.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində