Modern.az

Beynəlxalq əlaqələr üçün 549,5 milyon manat ayrılacaq

Beynəlxalq əlaqələr üçün 549,5 milyon manat ayrılacaq

Parlament

4 Noyabr 2025, 11:09

2026-cı ilin büdcəsində beynəlxalq əlaqələr üçün 549,5 milyon manat ayrılacaq.

Modern.az xəbər verir ki, 2026-cı ilin dövlət büdcəsi layihəsində beynəlxalq münasibətlər və xarici fəaliyyətlə bağlı xərclər üçün 549,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 14,2 milyon manat və ya 2,7 faiz artım deməkdir.

Layihəyə əsasən, bu vəsaitin bölgüsü aşağıdakı kimidir:

215 milyon manat – Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması (2025-ci illə müqayisədə 10 milyon manat və ya 4,9 faiz çox);

23,5 milyon manat – beynəlxalq və regional təşkilatlara üzvlük haqları;

38 milyon manat – beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı xərclər;

7 milyon manat – beynəlxalq fəaliyyət və digər bu qəbildən olan tədbirlər;

239 milyon manat – beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi;

19 milyon manat – xarici yardımlar;

8 milyon manat – Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır