Modern.az

2026-cı ilin büdcəsində sosial xərclər artacaq

2026-cı ilin büdcəsində sosial xərclər artacaq

Parlament

4 Noyabr 2025, 11:04

Gələn il üçün dövlət büdcəsində sosialyönlü sahələrə ayrılan vəsaitlərin həcmi artacaq. 

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Büdcə layihəsinə əsasən, 2026-cı ildə sosialyönlü xərclər əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman və tibbi ləvazimatların təminatı, icbari tibbi sığorta və digər sosial dəstək tədbirləri dövlət büdcəsi xərclərinin 41,1 faizini təşkil edəcək.

Bu istiqamət üzrə 17 milyard 145,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Bu göstərici 2025-ci illə müqayisədə 213,4 milyon manat (1,3 faiz), 2024-cü ilin icrası ilə müqayisədə isə 2 milyard 492,8 milyon manat (17 faiz) çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində