Modern.az

Eyni sahədə çalışan, fərqli maaş alan HƏKİMLƏR

Eyni sahədə çalışan, fərqli maaş alan HƏKİMLƏR

Parlament

6 Noyabr 2025, 13:50

“Səhiyyə Nazirliyinin tabeliyində olan bəzi - 5-ə yaxın - müəssisə var ki, burada çalışan mütəxəssislər yalnız vahid tarif cədvəlinə əsasən maaş alırlar. Məsələn, Respublika QİÇS-lə Mübarizə Mərkəzində çalışan bir viroloq həkim 550-700 manat alırsa, eyni sahədə TƏBİB-in müəssisəsində çalışan həkim 1000-1500 manat alır. Bu isə qeyri-bərabərliyə və kadr çatışmazlığına səbəb olur”.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Pərvanə Vəliyeva bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

“Xüsusilə psixiatriya, narkologiya, məhkəmə-tibbi ekspertiza sahəsində çalışan mütəxəssislər yalnız bu cədvələ əsasən maaş alırlar. Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” bu sahədə kompleks və məqsədyönlü mübarizə aparmaq üçün bir neçə əsas strategiyanı əhatə edir. Məqsədlərdən biri də narkomaniyaya düçar olmuş şəxslərin müalicə və reabilitasiyası üçün yeni üsullar tətbiq etmək, səhiyyə orqanlarının fəaliyyətini gücləndirməyə və maddi-texniki bazanı möhkəmləndirməyə yönəlib. Yəni, bu kadr məsələlərində də yaxşılaşmanı əhatə edir” – deyə deputat vurğulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı