Modern.az

Kino Agentliyinə niyə pul ayrılmayacaq? - Səbəb AÇIQLANDI

Kino Agentliyinə niyə pul ayrılmayacaq? - Səbəb AÇIQLANDI

Parlament

12 Noyabr 2025, 13:08

2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41 %-i - 3,5 milyon manatı istifadə olunub.

Modern.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. 2025-ci ilin əvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük”, - deyə o vurğulayıb.

Nazir müavini həmçinin xatırladıb ki, film istehsalı və dublyaj gəlirləri 90 % mənfəət vergisindən azaddır. Kino sahəsində torpaq və əmlak vergisi cari ildən etibarən 5 il müddətinə tətbiq olunmur. Müəllif hüquqları üzrə ödənilən royalti vergisinə güzəşt tətbiq olunur. Film nümayişi üçün “kəşbək” mexanizmi də mövcuddur.

Qeyd edək ki, iclasda deputatlardan Kino Agentliyinə gələn il vəsait ayrılmamasından danışıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR