Milli Məclisin deputatı Azər Badamovun bu ilin may ayında Rusiyaya girişi qadağan edilib. O, həmin vaxt tədbirdə iştirak etmək üçün Rusiyaya yola düşsə də, ölkəyə buraxılmayıb.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin yumşalmasından sonra deputata tətbiq edilən qadağanın qüvvədə qalıb-qalmaması maraq doğurur.
Modern.az bununla əlaqədar deputat Azər Badamovla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Azər Badamov qeyd edib ki, onun Rusiyaya girişinə qoyulan qadağa hələ də davam edir:
“Rusiyaya girişimə qoyulan məhdudiyyət davam edir. Məhdudiyyətin aradan qaldırılması ilə bağlı mənim heç bir müraciətim olmayıb”.