Modern.az

2026-cı il üçün ehtiyac meyarının həddi təsdiqləndi

2026-cı il üçün ehtiyac meyarının həddi təsdiqləndi

Parlament

20 Noyabr 2025, 16:48

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.

Modern.az-ın məlumatına görə,  qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.

Qanun birinci oxunuşda qəbul edilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə