Bu il bizim büdcə müzakirələrim Konstitusiya və Suverenlik ilinə təsadüf edir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova bildirib.
Spiker vurğulayıb ki, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir:
“Sosial sahəyə böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əməkhaqlarının artırılması üçün lazımi tədbirlər görülür. Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, həm də büdcə xərclərinin artırılmasını, büdcə vəsaitlərinin sosial yönümlülüyünün və maliyyə ehtiyaclarının ödənilməsini təmin etmişdir. Qeyd edilməlidir ki, 2026-cı il dövlət büdcəsi ölkəmizin sosial-iqtisadi inkişafının əsasını əks etdirir və iqtisadi sabitliyin daha da möhkəmləndirilməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir” – deyə Sahibə Qafarova vurğulayıb.
S. Qafarova qeyd edib ki, bu ay Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində tarixi zəfərinin 5-ci ildönümü də qürurla qeyd olundu.
Dövlət müstəqilliyimizin tam bərpasını təcəssüm etdirən bu tarixi hadisələr gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə xüsusi bir məna verdi.