“2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir”.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, bütövlükdə gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və ya 6,4 faiz çoxdur.