Modern.az

Komitə sədri vergilərin artırılmasından danışdı: “Bu iddalar həqiqi deyil!”

Komitə sədri vergilərin artırılmasından danışdı: “Bu iddalar həqiqi deyil!”

Parlament

19 Noyabr 2025, 12:01

Büdcə zərfi ilə səsələnən fikirlərdən biri bundan ibarətdir ki, guya hökumət vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək niyyətindədir. Bu fikirlər reallığı əks etdirmir. Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi nə üçün cəmi 0,7 faiz artırılır?!

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri gələn il üçün güzəştlərin tətbiq edildiyini bildirib:

“Məqsəd vergi yükünü artırmaqdırsa nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 faizi həcmində, yəni 6,6 milyard manatlıq vergi, gömrük güzəşt və azadolmaları tətbiq edilir?! Rəqəmlər və hökumətin rəsmi açıqlamaları da göstərir ki, büdcə zərfi vergi yükünü artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsi ilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu