Son 7 il ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 58,3%-dən 70,2%-ə yüksəlib.
Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində islahatlara start verilmiş və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş vermişdir. 2019-2025-ci illər ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58,3%-dən cari ilin son tarixinə 70,2%-ə yüksəlmişdir.