Qeyri-neft-qaz özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb.
Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınmışdır. Bu, çox böyük iqtisadi nəticədir.