Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq.
Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır.