Modern.az

Aşağı gəlirlilər üçün vergi yükü 3 il ərzində dəyişəcək

Aşağı gəlirlilər üçün vergi yükü 3 il ərzində dəyişəcək

Parlament

19 Noyabr 2025, 12:30

Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq.

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Cənab Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələləri şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir" - nazir qeyd edib.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu