Modern.az

Ekspertlər də büdcə müzakirələrinə prosesə qoşulsun!  - DEPUTAT

Ekspertlər də büdcə müzakirələrinə prosesə qoşulsun!  - DEPUTAT

Parlament

19 Noyabr 2025, 15:20

“2026-cı ilin büdcə zərfi iki fundamental aspektinə görə xüsusilə fərqlənir. Birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. İkincisi, enerji gəlirlərimiz artıqdan sonra ilk dəfə dövlət büdcəsinin gəlirlərinin 58 faizə yaxını qeyri neft-qaz sektorunun payına düşəcək. Bu isə o deməkdir ki, qeyri-resurs sektoru yalnız ÜDM-in formalaşmasında deyil, eyni zamanda fiskal gəlirlərimizdə drayverə çevrilməkdədir. Bu isə iqtisadiyyatın dinamik inkişafı üçün güclü maliyyə bazası formalaşdırır”. 

Modern.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat çıxışı zamanı bir sıra təkliflər də bildirib:

“Büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirlərinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı;

Əvvəlki müzakirələrdə qeyd etdiyimiz kimi, subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı;

Nazirləri Kabinetindəki təşkil edilən bir sıra müzakirələrə ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir” – deyə V. Bayramov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu