Modern.az

Deputat yeni fondun yaradılmasını TƏKLİF ETDİ

Deputat yeni fondun yaradılmasını TƏKLİF ETDİ

Parlament

19 Noyabr 2025, 17:17

Proqnozlar neftin 1 bareli üçün 65 ABŞ dolları qiymətindən çıxış etməklə, mühafizəkar neft qiyməti fərziyyəsinə əsaslanır. Bu, gəlirlərin planlaşdırılmasında ehtiyatlılıq prinsipinin qorunduğunu təsdiq edir. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Mirkişili bildirib.

Deputat, həmçinin büdcə layihəsi ilə bağlı bir neçə təklif irəli sürüb:

“1. Qeyri-neft gəlirlərinin artırılması üçün məhsuldarlığa əsaslanan vergi siyasəti. Hesab edirəm ki,ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixrac və məşğulluq göstəricilərinə bağlı olması daha faydalı ola bilər. Güzəşt alan müəssisələrin illik “performans hesabatı” təqdim etməsi bu güzəştlərin qiymətləndirilməsində əvəzziz rol oynaya bilər. Nümunə üçün deyim ki, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi haqqında qərarı ixraca öz müsbət nəticələrini verməyə başlamışdır.

3. Rəqəmsal iqtisadiyyat və innovasiya fondu. Hesab edirəm ki, Elm və rəqəmsallaşma sahələri üçün dövlət və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startap ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər. Prezident cənab İlham Əliyevin Elmlər Akademiyasında çıxışı zamanı elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyə imkanlarının yaradılmasına da bu addım həmçinin, xeyli faydall ola bilər. 

4. Güzəşt siyasətinin nəticə əsaslı qiymətləndirilməsi. Düşünürəm ki, hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər” – deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu