Modern.az

Bu rayonun 60%-i hələ də qazlaşdırılmayıb - Deputat məsələ qaldırdı

Bu rayonun 60%-i hələ də qazlaşdırılmayıb - Deputat məsələ qaldırdı

Parlament

19 Noyabr 2025, 17:25

Post-müharibə dövrünün prioritetlərini lazımi şəkildə ifadə edir. Bununla belə, 2026-cı ilin büdcəsi 2025-ci ilin büdcəsindən bir sıra cəhətlərinə görə fərqlənir. Onların sırasında vacib hesab etdiyim bir məqamı qeyd etmək istəyirəm: Neft Fondunun transfertlərinin azaldılması hesabına büdcənin neftdən asılılığının azaldılması. Mən hesab edirəm ki, bu, fövqəladə dərəcədə strateji, ciddi iqtisadi məsələdir və böyük perspektivləri var.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin iclasında bildirib.

"Amma son 10 ilin statistikasına baxdıqda görürük ki, bir neçə dəfə bu istiqamətdə cəhdlər olub, lakin növbəti illərdə təkrarən Neft Fondundan əlavə vəsait cəlb olunmasına ehtiyac yaranıb. Buna görə də bu dəfə həmin prosesə dönməz xarakter vermək məqsədilə 2025-ci ildə 14,5 milyard manat, 2026-cı ildə 12,8 milyard manat, 2029-cu ildə isə 6 milyard manata enməsi nəzərdə tutulur. Bu istiqamətdə Neft Fondundan transfertin azaldılması üçün bir-biri ilə əlaqələndirilmiş iqtisadi, institusional, struktur və hüquqi islahatların həyata keçirilməsi və büdcə zərfində nəzərdə tutulan tədbirlərin dolğun şəkildə icra edilməsi üçün monit, fiskal və stimullaşdırıcı siyasətin effektiv kombinasiyasına nail olmaq lazımdır.

12 noyabr tarixində Azərbaycan Prezidenti yeni təyin olunmuş icra başçılarını qəbul edərkən yerlərə münasibətdə iqtisadi, sosial və ekoloji amillərin kompleks şəkildə nəzərə alınması məsələsini gündəmə gətirdi. Burada da qeyd olundu ki, regionlarda hələ də insanları narahat edən bir sıra məsələlərin həlli sürətləndirilməlidir və bu məsələlər büdcədə öz əksini tapmalıdır.

Burada işsizliyin aradan qaldırılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, ekoloji məsələlərə diqqətin artırılması xüsusilə vurğulandı. Bu kontekstdə qeyd etmək istərdim ki, Şəki rayonunun 20-dən çox, Qax rayonunun isə 57 yaşayış məntəqəsindən 33-ü, yəni təqribən 60%-i hələ qazlaşdırılmayıb. 

Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə Qaxda İlisu Milli Parkı yaradılır  bu, çox möhtəşəm, unikal bir hadisədir.

Bu səbəbdən hörmətli Baş Nazirin burda iştirakından istifadə edərək məsələ qaldırıram ki, İlisu parkına daxil olan kəndlər də daxil olmaqla həmin ərazilərin qazlaşdırılması, abadlaşdırılması, işıq, su, qaz təchizatının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, tarixi-mədəni abidələrin bərpası və digər mövcud problemlərin həlli istiqamətində sistemli işlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilsin", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu