Modern.az

Deputat rayonda mal bazarı tikdirir? - ÖZÜ DANIŞDI

Deputat rayonda mal bazarı tikdirir? - ÖZÜ DANIŞDI

Parlament

19 Noyabr 2025, 19:15

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin İmişli rayonunun Nurulu kəndində yeni mal bazarı inşa etdirməsi ilə bağlı iddialar geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, deputatın adı çəkilən ərazidə təkcə bazar deyil, həm də restoran, market və heyvan saxlama yerləri daxil olmaqla daha geniş infrastrukturun qurulmasına cəhd etdiyi bildirilir.

İddia olunur ki, tikinti işləri aparılan sahə əvvəlcədən kənd camaatının istifadəsində olan boş və ümumi ərazi olub və hazırda burada ətraf torpaq hissələrinin də zəbt edildiyi, məqsədli şəkildə genişləndirmə işlərinin aparıldığı qeyd edilir.

Bazara deputatın seçicisi olduğu iddia edilən Seymur Xudiyev adlı şəxsin rəhbərlik edəcəyi qeyd olunur.

Modern.az iddialarla əlaqədar deputatın özü ilə əlaqə saxlayıb.

Razi Nurullayev saytımıza açıqlamasında iddiaları təkzib edib və əleyhinə kampaniya aparıldığını bildirib.

"Kimlərsə, bu məsələni mənasız yerə qurdalayır. Bu barədə yayılan videolara da, paylaşımlara da açığı baxmıram.

Seymur Xudiyevin mənimlə nə əlaqəsi olacaq? O mənim seçicimdir. Kimlər mənim əleyhimə kampaniya aparır, bilmirəm. Bu məsələ mənə maraqlı deyil. O baxımdan bu barədə deyilənlərlə bağlı heç bir fikir bildirmək istəmirəm”.

Qeyd edək ki, Razi Nurullayev ilk dəfə 2020-ci ildə deputat seçilib. O, ötən il ikinci dəfə İmişlidən deputat seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu