Milli Məclisin deputatı Razi Nurullayev büdcədə neft-qaz sektorunun payının çox olmasından şikayətlənib.
Modern.az xəbər verir ki, bu barədə o, parlamentin bu gün keçirilən iclasında danışıb.
Deputat Vüqar İskəndərov isə həmkarının məlumatlarının doğru olmadığını bildirib. O, bu fikirlərin tamamilə yanlış olduğunu deyib.
"Bir məsələyə haşiyə çıxmaq istəyirəm. Bayaq Razi müəllim çıxışında bir fikir söylədi. Qeyd etdi ki, hələ də ilkin büdcədə neftin, qazın payı çoxdur. Tamamilə yanlışdır bu fikir. Bilmədim Razi müəllim bu fikirlərini neçənci ilin çıxışından götürüb. Çünki 2026-cı il dövlət büdcəsində qeyri-neft-qaz sektorunun payı 57,4% təşkil edəcək. Həmçinin, gəlirlərin 57,4%-i, vergilərin isə 78,7%-i qeyri-neft-qaz mənbələri hesabına formalaşacaq. Bu isə büdcənin ümumiyyətlə isə iqtisadiyyatımızın dayanıqlı olması deməkdir".