Modern.az

Deputat həmkarına irad tutdu: “Razi Nurullayev paradoksal danışır”

Deputat həmkarına irad tutdu: “Razi Nurullayev paradoksal danışır”

Parlament

21 Noyabr 2025, 12:12

Milli Məclisin deputatı Razi Nurullayev büdcə layihəsinin lehinə səs versə də, vergi qanunvericiliyini bəyənmədiyi üçün əleyhinə səs verəcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, parlamentin bu gün keçirilən iclasında danışıb.

Deputat Aydın Hüseynov isə həmkarının fikirlərinin paradoksal olduğunu vurğulayıb.

“Razi müəllim büdcəyə səs verəcəyini desə də, Vergi Məcəlləsinə edilən dəyişikliklərə səs verməyəcəyini deyir. Razi müəllimin fikirlərində bəzən belə paradoklar olur”.  

Deputat qeyd edib ki, bu gün müzakirə edilən qanun layihəsi səs verdikləri büdcənin tərkib hissəsidir. 
“Bu qanun büdcədə nəzərdə tutulmuş 41 milyardlıq vəsaitin istiqamətlərini müəyyənləşdirir. O, bizim prioritetlərimizi müəyyən edən istiqamətlər üzrə mükəmməl şəkildə hazırlanmış sənətdir”.

“Bu qanun tikinti işlərimizi, müdafiə gücümüzü, sosial tədbirləri, təhsil və səhiyyə sahəsindəki tədbirləri, Qarabağ və Şərqi Zəngəzurda olan investisiya istiqamətlərini əhatə edir”.

Aydın Hüseynov iradını davam etdirərək qeyd edib ki, qanunun əsas 3 istiqaməti var:

“İnvestisiyaların formalaşdırılması və mülkiyyətin təşviqi, büdcə gəlirlərinin tamamlama mexanizmləri və vergi inzibatçılığı, investisiya mühitinin yaradılması və bu istiqamətdə vergi mexanizmlərinin tətbiqi”.

Spiker Sahibə Qafarova bildirib ki, parlamentdə hər kəsin fikrilərini demək hüququ var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə