Modern.az

Bu güzəştlər müddətsiz olsun - Deputatdan TƏKLİF

Bu güzəştlər müddətsiz olsun - Deputatdan TƏKLİF

Parlament

21 Noyabr 2025, 12:19

Hazırda Orta Dəhlizin inkişafı, Zəngəzur Dəhlizinin açılması fonunda Naxçıvana tətbiq olunan vergi güzəştləri yalnız iqtisadi deyil, ciddi strateji və geo-iqtisadi məsələdir. Hətta təklif edərdim ki, bu güzəştlər müddətli yox, müddətsiz olsun.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputat Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Deputat vurğulayıb ki, Naxçıvan mühüm coğrafi məkanda yerləşir və Orta Dəhliz kontekstində emal sənayesi, istehsal və xidmət sahələrinin inkişafı Azərbaycan üçün vacibdir.

“Sadələşdirilmiş verginin hibrid sisteminin tətbiqini də əhəmiyyətli bir innovasiya hesab edirəm. Vergi cəlb edilən dövriyyənin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərlə əlaqələndirilməsi müsbət addımdır. Gələcəkdə bu limitin daha da artırılması mümkündür” – deyə T. Mirkişili vurğulayıb.

“Ümumilikdə, vergi dövlət büdcəsinin ən təbii və sabit gəlir mənbəyidir. Dövlət büdcəsi gəlirlərinin böyük hissəsinin vergi hesabına formalaşması, iqtisadi siyasətdə mühüm nəticə sayılmalıdır. Hazırda Azərbaycanda büdcə gəlirlərinin hər 100 manatında  44 manatı verginin hesabına, 18 manatı isə gömrük rüsumları hesabına formalaşır. Müqayisə üçün qeyd edim ki,  Gürcüstan dövlət büdcəsində büdcə gəlirlərinin hər 100 manatın 78 manatı vergi hesabına formalaşır Türkiyədə isə hər 100 manatın 86 manatı vergi hesabına formalaşır. Bu onu göstərir ki, Azərbaycanda vergi siyasəti yumşaqdır və yük digər ölkələrlə müqayisədə aşağıdır”.

“Hazırda 7.3 milyard manat həcmində vergi və gömrük azadolmalar mövcuddur. Bu rəqəm büdcə gəlirlərinin təxminin 20% nə bərabərdir. Onlardan 3.5 milyard manatı idxal azadolması, 3.8 milyard manatı sahibkarlığa tətbiq olunan vergi güzəştləri ilə bağlıdır.” – deyə deputat büdcənin sosialyönümlü olduğunu bir daha vurğulayıb.

“Təklif edərdim ki, Yeni iş yeri açan və əməkhaqqını artıran sahibkarlaın ödədiyi əmək haqqlarına bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq olunsun. Universiteti yeni bitirib əmək bazarına daxil olan şəxslərə də gəlirlərdə 50% güzəştlərin tətbiq edilməsi faydalı olar”- deyə Tahir Mirkişili təkliflərini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə