Modern.az

Slovakiya səfiri Sahibə Qafarova ilə görüşdü - FOTO

Slovakiya səfiri Sahibə Qafarova ilə görüşdü - FOTO

Parlament

24 Noyabr 2025, 16:36

Azərbaycan və Slovakiya siyasi dialoqu və parlamentlərarası əməkdaşlığı dərinləşdirməklə bağlı perspektivləri müzakirə edib.

Modern.az-ın məlumatına görə, bu barədə Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdən sonra "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diplomatın sözlərinə görə, tərəflər iki ölkənin parlamentləri arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsini təsdiq edib və cari əməkdaşlığın çox yaxşı olduğunu qeyd ediblər.

E.Qasımov vurğulayıb ki, görüş Bratislava və Bakı arasında praktiki tərəfdaşlığın daha da inkişaf etdirilməsinə həsr olunub.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır