Modern.az

Komitə sədri xəbərdarlıq etdi: “Sabah hansısa bina uçsa...”

Komitə sədri xəbərdarlıq etdi: “Sabah hansısa bina uçsa...”

Parlament

25 Noyabr 2025, 12:20

"Ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb. Mən Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirmişəm. ".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

"Bütün dövlət orqanlarına müraciət etdim, hamısının aktları var ki, bina qəzalıdır. Hamı özünü sığortalayıb. Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək. Halbuki sadə bir mexanizm var. Sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtəbə əvəzinə doqquzmərtəbəli bina tikir, beş mərtəbəyə həmin sakinləri köçürür, dörd mərtəbəni də satır özü pul qazanır. Sadə mexanizmləri tətbiq etmək əvəzinə vətəndaşın həyatının risk altına atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, özünü sığortalayıb", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!