”Azərbaycan Respublikasi Hökuməti ila Qvineya-Bisau Respublikasi Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilmasi haqqinda Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi çox vacib xüsusiyyətləri özündə əks etdirir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Nigar Məmmədova bildirib.
O, qeyd edib ki, burada söhbət qarşılıqlı rəsmi səfərlərin sadələşdirilməsi, dövlətlərarası münasibətlərin gücləndirilməsi, diplomatik və işgüzar fəaliyyətlərin asanlaşdırılmasından gedir:
"Azərbaycan Respublikası hökuməti ilə Qvineya-Bisau Respublikasi Hökuməti diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilmasi haqqinda Saziş” də ölkələr arasında qarşılıqlı əlaqələrin səmərəliliyini və effektivliyini artıracaq. Beynəlxalq təcrübədə də vizasız səfər ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirir".
Deputat iki ölkə arasındakı münasibətlərdən də danışıb:
"Qvineya-Bisau Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Bu ölkə ilə artıq 33 ildir diplomatik əlaqələr qurulub. Bu ölkənin prezidenti həmçinin ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı kimi məsələlər müzakirə olunub.
Bundan başqa, ötən il dekabr ayinin 2−4 tarixlerinde Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.
Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun bu ilin fevralında Azərbaycana səfəri isə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Qvineya-Bisau arasında əlaqələri əsasən BMT, Qoşulmama Hərəkatı çərçivəsində davam etdirir. Bu ölkə həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib".