Modern.az

Kəlbəcərin təbiətini qorumalıyıq - Deputatdan çağırış

Kəlbəcərin təbiətini qorumalıyıq - Deputatdan çağırış

Parlament

25 Noyabr 2025, 13:08

Vizasız gediş-gəliş olan ölkərin sayının bütövlükdə artması həm də Azərbaycana gələcək turistlərin də sayına təsirsiz ötüşməyəcək.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Sahib Alıyev bildirib.

"Henley&Partners beynəlxalq konsaltinq şirkətinin 2025-ci il üçün tərtib etdiyi reytinq cədvəlində Azərbaycan pasportu dünyanın 193 ölkəsininkinin  arasında 70-ci yerdədir. Yəni Azərbaycan vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedib-gələ bilirlər ki, bu gün təsdiqlədiyimiz anlaşmalardan sonra onların sayı artacaq. Düzdür, indi  vizasız gediş-gəliş haqda anlaşma imzalanan bu 7 ölkənin çoxu turist göndərən yox, turist cəlb edən, turistə ehtiyac duyanlardır, amma vizasız gediş-gəliş olan ölkərin sayının bütövlükdə artması həm də Azərbaycana gələcək turistlərin də sayına təsirsiz ötüşməyəcək ki, bu da cəmiyyət olaraq bizim üzərimizə ayrıca məsuliyyət qoyur. Baxın gələcəkdə turistlərin ən çox üz tutacaqları bölgələrimizin içərisində işğaldan azad edilənlər ön sırada olacaq ki, onlardan da biri Kəlbəcərdir. Kəlbəcərin adını ona görə çəkdim ki, bu  gün Azərbaycan ordusunun bir güllə atmadan ora qədəm basmasından beş il keçir ki, o bölgədə yaşamış və yaşayacaq soydaşlarımız qarışıq hər kəsi təbrik edirəm! 

Hazırda orada  necə böyük quruculuq getdiyini, şəhərin özünün get-gedə İsveçrədəki qəsəbələri xatırlatmağa başladığını görürük. Kəlbəcər, doğrudan da, Azərbaycanın ən gözəl rayonlarından biri və bəlkə də birincisidir. Amma gözəllik dövlətimizin apardığı gözəl quruculqla yanaşı o gözəlliyə gözəl, rasional, elə həmən İsveçrədəki sayaq yanaşma tələb edir".

Deputat işğaldan azad olunan ərazilərə gələcək turistlərin quruculuq işləri ilə yanaşı təbiəti əzizləməklə də heyrətləndirməliyik:

"İlk dini Tanrıçılıq olanlar isə təbiətə qarşı qətiyyən nankorcasına davranmamalı, onu zibilləməməlidirlər! Çox təəssüf ki, ən çox yay aylarında biz sosial şəbəkdədə təbiətlə necə nankorcasına davranılıdğını, orqanik olmayan, ətraf mühitə böyük zərər yetirən zibillərin orada buraxılıb gedildiyini göstərən onlarla, bəlkə də yüzlərlə video paylaşılır. Özü də bütün bunlar az qala hər metrində şəhid qanı olan, qazi qolu, qıçı, gözü itirlilən torpaqlarımızda baş verir. Ümid edirəm ki, bunlar bir daha təkrarlanmayacaq və bu gün işağaldan azad olunan torpaqlarımıza ayaq basan əcnəbiləri oradakı quruculuq işləri ilə necə heyrətləndiririksə, yüksək birgəyaşayış mədəniyyətimiz, öz gözəl təbiətimizi əzizləməyimizlə, ona sayğıyla yanaşmamızla da o cür heyrətləndirəcəyik".

Parlamentari Kəlbəcərin və digər bir neçə rayonumuzun güllə atılmadan azad edilməsindən də söhbət açıb:

"Kəlbəcərdən söz düşmüşkən, bu gün Ukraynada və Ukraynaya yanaşmada baş verənlərin fonunda torpaqlarımızın azad edilməsinin, Kəlbəcərin timsalında isə bir güllə atmadan azad edilməsinin necə bir uğur olduğunu və burada lider faktorunun nə dərəcədə böyük önəm daşıdığını görməmək mümkün deyil. Xarici işlər naziri Ceyhun Bayramovun bu yaxınlarda İctimai televiziyaya açıqlaması da təsdiqlədi ki, vasitəçinin əslində elə həm də tərəf olduğu yəqin o səbəbdən də çox uzun davam edən danışıqlar cənab İlham Əliyevin milli maraqlarımızı çox həssaslıqla və prinsipiallıqla qoruması, qarşıdakına gələcəkdə əleyhimizə yönələləcək manevr üçün fürsət tanıyacaq nəyinsə qalmasına imkan verməməsi nəticəsində belə uğurlu bitmişdi. Və o vaxtdan Azərbaycan dövləti istər sərt, istərsə də yumşaq güc potensialını durmadan artırmaqla həmən uğurun daha da möhkəmləndirilməsi üçün bir gün belə fasilə vermir". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!